Ceyhun Bayramovdan Ermənistana: HƏRBİÇİLƏRİNİZİ ÇIXARIN!
Tarix: 9-08-2022, 17:28
Baxılıb: 1 022
Google+ Paylaş
Tumblr Paylaş

Ceyhun Bayramovdan Ermənistana: HƏRBİÇİLƏRİNİZİ ÇIXARIN!

9-08-2022, 17:28

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatın bəzi maddələri icra olunub.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Azərbaycanın mövqeyi isə odur ki, bütün maddələr yerinə yetirilsin və selektiv yanaşma olmasın. Ən ciddi məsələ Ermənistan hərbçilərinin Qarabağdan çıxarılmasıdır. Bu, həmin üçtərəfli bəyanatın dördüncü bəndi üzrə Ermənistanın öhdəliyidir. Orada göstərilib ki, sülhməramlıların regiona gəlişinə paralel olaraq erməni hərbçiləri ərazini tərk etməlidir. 2020-ci ilin dekabr ayına qədər Ermənistan hərbi birləşmələri Qarabağdan tam çıxmalı idi. Lakin bu, indiyədək tam başa çatdırılmayıb. Azərbaycan bu maddənin icrasında israrlıdır. Və biz bunu Ermənistandan tələb edirik”, - o bildirib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ