Azərbaycan Ukraynaya növbəti yardım göndərir
Tarix: 5-07-2022, 09:27
Baxılıb: 1 020
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan Ukraynaya növbəti yardım göndərir

5-07-2022, 09:27

Azərbaycan Ukrayna xalqına növbəti humanitar yardım göndərir.

Yardımı Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil edib.

Humanitar yardım ərzaq məhsulları, məişət və tibbi sərfiyyat mallarından ibarətdir. Yardıma saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər daxildir.

Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bu gün saat 10:00-da Ukraynanın ölkəmizdəki səfirinin və Sumqayıt ŞİH nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınacaq.

Ümumi çəkisi 50 ton miqdarında olan humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasıyasından Sumqayıt ŞİH-ə edilmiş rəsmi müraciətə cavab olaraq hazırlanıb və Çerkassı şəhəri əhalisinin ehtiyacları üçün nəzərdə tutulub.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Sumqayıt ŞİH-in Ukraynanın Çerkassı şəhərinə humanitar yardım göndərəcəyi ilə bağlı xəbərlər paylaşılmışdı.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ