Şahin Mustafayev İranın baş qərargah rəisi ilə görüşüb
Tarix: 19-05-2022, 08:22
Baxılıb: 2 642
Google+ Paylaş
Tumblr Paylaş

Şahin Mustafayev İranın baş qərargah rəisi ilə görüşüb

19-05-2022, 08:22

İran İslam Respublikasında səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb.

Bu haqda Azərbaycanın İrandakı səfirliyi məlumat verib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması münasibətilə təbriklərini çatdıran Baqeri İranın Azərbaycanla əlaqələrinin inkişafında hər zaman maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə İran arasında dostluq münasibətlərinin xeyli inkişaf etdiyi və yeni mərhələyə qədəm qoyduğu vurğulanaraq, müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin Azərbaycan ilə İran arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə də müsbət əməkdaşlıq təcrübəsi üzrə əlaqələrin daha da inkişafı istiqamətində fikir mübadiləsi aparılıb

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ