Tarix: 14-05-2022, 15:40
Baxılıb: 2 011
İlham Əliyev və Ərdoğan təyyarələri hava limanına eniş etdi
14-05-2022, 15:40
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq.
Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Görüş Türkiyənin Rizə şəhərində keçiriləcək. Dövlət başçıları Rizə-Artvin hava limanının açılış mərasimində iştirak etdikdən sonra bir araya gələcəklər.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Türkiyəyə səfər edib.
Azərbaycan və Türkiyə prezidentləri Rizə-Artvin hava limanının açılış mərasimində iştirak edəcək.
Hava limanına ilk İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təyyarələri enib.
скачать dle 12.1