İtaliya: Bakı və İrəvan arasında sülhün yaranması...
Tarix: 25-01-2022, 23:09
Baxılıb: 1 194
Google+ Paylaş
Tumblr Paylaş

İtaliya: Bakı və İrəvan arasında sülhün yaranması...

25-01-2022, 23:09

Avropa Şurası Azərbaycan və Ermənistan arasında sülhün yaranması üçün tərəflərə lazımi dəstəyi göstərməyə hazırdır.
Avromedia.az Report-a istinadən xəbər verir ki, bunu İtaliyanın Xarici İşlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət katibi Benedetto Della Vedova Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında bildirib.
“2020-ci ildə atəşkəs əldə olunub. Tərəflər bu atəşkəsi poza biləcək addımlardan qəti şəkildə çəkinməlidirlər”, - dövlət katibi deyib.
O, sülhün yaranmasına əsas cavabdeh qurumun Minsk Qrupu olduğunu bildirib:
“Avropa Şurasından əlavə, ATƏT-in Minsk Qrupu bu məsələ ilə məşğul olur. Avropa Şurası da öz növbəsində tərəflərə sülhün yaranmasına yardım edəcək məsələlərdə dəstək verməyə hazırdır”.
Xatırladaq ki, İtaliya 18 noyabr 2021-ci ildən Avropa Şurası Nazirlər Kabinetinə sədrlik edir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ