Rusiyanın regionda müttəfiqi məhz Azərbaycandır - Petrov
Tarix: 27-11-2021, 23:48
Baxılıb: 1 181
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyanın regionda müttəfiqi məhz Azərbaycandır - Petrov

27-11-2021, 23:48

Rusiya və Azərbaycan prezidentlərinin görüşü onlar arasında tam qarşılıqlı anlaşmanın olduğunu göstərdi.
Avromedia.az xəbər verir ki, bunu “Vestnik Kavkaza” agentliyinin Baş direktorunun müavini, ekspert Andrey Petrov deyib.
Onun sözlərinə görə, Vladimir Putin və İlham Əliyev faktiki olaraq Soçi görüşündə eyni tərəf kimi çıxış ediblər:
"Bununla Moskva Rusiya ilə konstruktiv qarşılıqlı əlaqə qurmaq istəyən tərəfdaşlara necə münasibət göstərdiyini nümayiş etdirdi (xüsusən indiki şəraitdə, bizim qonşularımızın çoxunun antirusiya qüvvələrinin casusu olduğu bir vaxtda Moskva bunu çox dəyərləndirir). Bakı isə Rusiyanın Cənubi Qafqazda vasitəçi kimi şəksiz başlıca rolunu təsdiqlədi. Demək olar ki, bu gün Rusiyanın regionda müttəfiqi məhz Azərbaycandır. Zənnimcə, iki ölkənin münasibətləri həm iqtisadi və humanitar, həm də siyasi sahədə bundan sonra da yalnız pozitiv istiqamətdə inkişaf edəcək".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ