ABŞ "yeni düzən" qurur: Türkiyə niyə çağırılmadı?
Tarix: 25-11-2021, 23:49
Baxılıb: 1 199
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ "yeni düzən" qurur: Türkiyə niyə çağırılmadı?

25-11-2021, 23:49

ABŞ-ın təşəbbüsü ilə “Demokratiya Forumu” adlı bir onlayn tədbir keçiriləcək. Dünya üzrə 110 ölkə tədbirə dəvət alıb. Siyahıya baxanda, ölkə adlarını görəndə anlayırsan ki, bu forumun demokratiya ilə əlaqəsi yoxdur.
Avromedia.az xəbər verir ki, bu sözləri tanınmış ekspert Natiq Cəfərli Ermənistanın, Anqola, Kabo-Verde, Keniya, Konqo, Qana, Liberiya, Malavi, Mavriki, Niger, Zambiya və s. kimi ölkələrin dəvət edildiyi, Türkiyə, Macarıstan və Azərbaycanın isə dəvət edilmədiyi Baydenin “Demokratiya Sammiti” haqda qeyd edib.
O bildirib ki, əslində, ABŞ-ın təşəbbüsü maraqlı və lazımlıdır, amma öncə kriteriyalar, tezislər elan edilməli, belə maraqlı formatın səbəbləri, gələcəyi ilə bağlı müzakirələr olmalı idi. Çünki 110 ölkənin siyahısı ciddi suallar yaradır, maraqlı formatın əhəmiyyətini azaldır:
“Necə ola bilər ki, Pakistan dəvət alıb, amma Türkiyə yox?! Bəyəm Türkiyənin seçki sistemi, demokratik təsisatları Pakistandan aşağıdır?! Və ya, necə ola bilər ki, İraq bu tədbirə dəvət alsın, amma Macarıstan yox?! Macarıstanda seçki də var, demokratik təsissatlar da, iqtisadi institutlar da: bəs İraqda nə var?!
Hələ mən Niger, Nigeriya, Seneqal, Anqola, Konqo, Keniya, Namibiya, Surinam və digər dövlətləri demirəm. Hətta maraqlar konflikti də yaranıb: Həm Serbiyanı, həm də Kosovanı dəvət ediblər – çox güman Serbiya imtina edəcək, ya da Kosovanı siyahıdan çıxardılmasını tələb edəcək”.
Ekspertin sözlərinə görə, yeni dünya düzəninin qurulmasına, yeni hüquqi baza yaradılmasına çalışıldığı hiss edilir:
“Artıq nə “Yalta”, nə də “Podstam” formatı işləyir, artıq “soyuq müharibə” məntiqi ilə qurulmuş beynəlxalq hüquq çalışmır, BMT də amorf quruma çevrilib, öz qərarlarına özü hörmət etmir.
Dünya yeni beynəlxalq hüquqa və yeni oyun qaydalarına “hamilədir”, amma bunun bəlli qaydaları, formatı, tezisləri olmalıdır - əvvəl kriteriyalar elan edilməli, yanaşmalar müzakirəyə çıxarılmalı, sonra bunun hüquqi bazası yaradılmalıdır. ABŞ-ın indiki yanaşmasının uğurlu olması çətin görünür, hətta yeni “qütbləşmə” tendensiyası yaradır, Rusiya ilə Çini daha da yaxınlaşdırıb məcburi müttəfiqliyə sürükləyir. Bu iki ölkənin birliyi isə dünya üçün növbəti ciddi təhdidə çevriləcək. Hələ ki, nə Rusiyanın, nə də Çinin cəlbedici hekayəsi, beynəlxalq cazibə mərkəzi ola biləcək ideoloji bazası var, amma cəmi 5-10 ildən sonra Çinin iqtisadi, sosial siyasəti daha cəlbedici olsa, o zaman ABŞ altını doldurmadığı “demokratiya” tezisi ilə bu trendə qarşı dura bilməyəcək. Əsl problemlər, ciddi qarşıdurmalar o zaman yaranacaq, “avtoritar modern sol” önə çıxıb zatən ciddi böhran yaşayan “liberal-demokratiyanı” üstələyə biləcək...”
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ