Bakı-Tiflis-Qars xətti ilə yükdaşımalar artırılır
Tarix: 13-10-2021, 22:24
Baxılıb: 1 160
Google+ Paylaş
Tumblr Paylaş

Bakı-Tiflis-Qars xətti ilə yükdaşımalar artırılır

13-10-2021, 22:24

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun potensialının tam istifadəsinin qarşısında dayanan maneələr birgə səylərlə aradan qaldırılacaq.
Avromedia.az xəbər verir ki, bu barədə ötən həftə beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurası çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış Bakı-Tiflis-Qars dəmir yolu xətti layihəsinin inkişafına dair üçtərəfli protokolunda bildirilir.
Qeyd olunur ki, dəmiryol xəttinin mövcud potensialına nail olması üçün zəruri addımlar atılacaq, prosedurlar sadələşdiriləcək və daşıma əməliyyatları ilə bağlı məsələlər tənzimlənəcək. Bütün bu addımlar BTQ ilə yük daşımalarının artmasına gətirib çıxaracaq.
Protokolin imzalanmasında verdiyi açıqlamada Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu bildirib ki, bu marşrut daşımaların artması təqdirində digər dəhlizlərlə rəqabət səviyyəsinə çatacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ