Azərbaycan bunun üçün çox işləməlidir - Brayza
Tarix: 2-08-2021, 21:14
Baxılıb: 1 167
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan bunun üçün çox işləməlidir - Brayza

2-08-2021, 21:14

"Pallone düzəlişi"ni dəstəkləyənlər ABŞ-dakı erməni diasporu ilə əməkdaşlıqdan faydalanmağa çalışır.
Avromedia.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Trend-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu sənədin arxasında kimlərin dayandığı və nəyə görə "Pallone düzəlişi" adlandırıldığı aydın məsələdir: "Bildiyiniz kimi, konqresmen Frenk Pallone ABŞ Nümayəndələr Palatasında Ermənistanın ən kəskin tərəfdarlarından biridir. O, Nyu-Cersi ştatından konqresmendir. Bu ştatın senatoru Robert Menendes mənim Azərbaycanda səfir təyin olunmağımın əleyhinə olmuş iki nəfərdən biridir. Bu insanlara ABŞ-dakı erməni diasporu, xüsusilə də dünyada ən radikal millətçilər hesab olunan Daşnaksütyun Partiyasının ABŞ-dakı nümayəndələri Amerikanın Erməni Milli Komitəsi ilə münasibətlər sərf edir. Bu münasibətlər sayəsində Daşnaksutyun və Amerikanın Erməni Milli Komitəsi ABŞ-da maliyyə dəstəyi əldə etmək üçün Azərbaycan və Türkiyəyə qarşı nifrət yaratmağa çalışır. Düzəlişin arxasında məhz bu şəxslər dayanır və ona görə də təəccüblü deyil ki, "Pallone düzəlişi" Azərbaycana və Türkiyəyə qarşı yönəlib".
M.Brayza əlavə edib ki, düzəlişə görə ABŞ-la Azərbaycan arasında hərbi əməkdaşlığın iki maliyyə mənbəyinin qarşısı alınsa da, ABŞ Müdafiə Nazirliyi əvvəlki kimi Azərbaycan Müdafiə Nazirliyi ilə birgə işləmək azadlığını əlində saxlayır: "Həm də ABŞ Senatı bu düzəlişi təsdiq etməyib. Azərbaycan 44 günlük müharibə haqqında həqiqətləri hər kəsə çatdırmaq üçün çox işləməlidir. Həqiqətlər isə ondan ibarətdir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının da tanıdığı kimi öz ərazilərini azad edib".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ