Yanğına görə azərbaycanlılar üçün “qaynar xətt” yaradıldı
Tarix: 31-07-2021, 23:47
Baxılıb: 1 179
Google+ Paylaş
Tumblr Paylaş

Yanğına görə azərbaycanlılar üçün “qaynar xətt” yaradıldı

31-07-2021, 23:47

Türkiyənin Antalya, Adana, Muğla, Mersin, Osmaniyə və digər yaşayış məntəqələrində baş verən meşə yanğınlarının həmvətənlərimizə mənfi təsirinin azadılması ilə əlaqədar, Diasporla İş üzrə Dövlət Komitəsində, o cümlədən müvafiq bölgələdəki diaspor təşkilatlarında mövcud böhran vəziyyəti ilə əlaqədar 24 saat fəaliyyət göstərən “qaynar xətt” yaradılıb.
Komitədən Avromedia.az-a verilən məlumata görə, hazırda, Türkiyə ərazisində olan və böhran bölgələrində baş verən hadisələrdən zərərçəkmiş Azərbaycan Respublikasının vətəndaşları və ya onlar barədə məlumatı olanlardan, eləcə də bu ağır günlərdə öz dəstəyini göstərmək istəyən şəxslərdən Komitənin və diaspor təşkilatlarının “qaynar xətt” telefon nömrələrinə zəng etmələri xahiş olunur.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi - Qaynar xətt: +994 50 607 98 36
Ankara - Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun nəzdində Azərbaycan Evi - +90 552 613 28 28, +90 506 570 84 70
Ankara - Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi - +90 532 594 44 77
Adana Azərbaycan Kültür və Həmrəylik Dərnəyi - +90 532 241 32 22
Antalya - “Azərbaycan Xalqlar Dostluğu” Dərnəyi - +90 507 547 84 09, +90 533 711 92 71
Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi - +90 551 181 63 11
Kocaəli Dərincə Azərbaycan Evi Dərnəyi - +90 505 750 83 13
Əskişəhər Azərbaycanlılar Dərnəyi - +90 507 780 50 80
Hatay Azərbaycan Evi - +90 553 007 42 73
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ