Mehriban Əliyevadan Türkiyə ilə bağlı paylaşım
Tarix: 30-07-2021, 15:24
Baxılıb: 4 021
Google+ Paylaş
Tumblr Paylaş

Mehriban Əliyevadan Türkiyə ilə bağlı paylaşım

30-07-2021, 15:24

Birinci vitse-prezident Mehriban Əliyeva güclü meşə yanğınları və onların törətdiyi fəsadlarla bağlı Türkiyə xalqına başsağlığı verib.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" hesabında edilən paylaşımda deyilir:

"Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!"

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ