Prezident hədəfi göstərdi: Göyçə və İrəvana...
Tarix: 14-07-2021, 22:32
Baxılıb: 1 154
Google+ Paylaş
Tumblr Paylaş

Prezident hədəfi göstərdi: Göyçə və İrəvana...

14-07-2021, 22:32

Prezident Əliyevin Zəngəzur, Göyçə və İrəvana qayıdacağımızla bağlı dediklərində 10 noyabr bəyanatına istinad etməsi diqqət çəkir:
“Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə”.
Azərbaycan Prezidenti zaman-zaman Zəngəzur, Göyçə və İrəvana qayıtmaqdan bəhs edib, lakin ilk dəfədir ki, bunu konkret sənədə istinad vurğulayır.
Və bu o deməkdir ki:
- Bakının qaçqınların qayıdışı ilə bağlı gündəminə təkcə Qarabağ yox, Zəngəzur, İrəvan və Göyçə də daxildir və istisna deyil ki, məsələ qapalı danışıqlarda masaya qoyulub;
- Bakı azərbaycanlıların öz tarixi torpaqlarına – Zəngəzura, İrəvana, Göyçəyə qayıdışını beynəlxalq müstəvidə qaldırmağa hazırlaşır;
“Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq... Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”, - Əliyev deyir və sülhməramlıların nəzarətində olan ərazilər - Xankəndi, Xocalı və Xocavənd – haqda yekun qərarı da açıqlayır: “Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib”.
Bakı hədəflərini böyüdür: Qarabağ məsələsi bitdi, hədəf tarixi torpaqlara qayıdışdır – İrəvana, Zəngəzura, Göyçəyə...
Bu, həm də Qarabağ məsələsinin bitdiyini qəbul etdirmək üçün strateji gedişlərdən biri hesab oluna bilər
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ