Azərbaycanda hərbi əsir yoxdur
Tarix: 18-05-2021, 09:23
Baxılıb: 1 173
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda hərbi əsir yoxdur

18-05-2021, 09:23

Əsli Kazımova: “Bu gün Azərbaycanda sadəcə 10 noyabr bəyanatı sonrası ələ keçirilən diversantlar var”
«Rəsmi Bakının hərbi əsir statusu daşımayan 3 şəxsin erməni tərəfinə təhvil verilməsi humanizmin göstəricisi idi. Erməni terrorçulardan üçünün azad edilməsi Prezidenti İlham Əliyevin regionda sülh və barış adına atılmış addım kimi dəyərləndirilməlidir. Rəsmi İrəvan bu hümanist addım qarşısında minalanmış ərazilərin xəritəsini vermək məcburiyyətindədir». Bunu «Azad Azərbaycan» qəzetinə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, bu gün birmənalı olaraq qeyd etmək gərəkir ki, Azərbaycanda hərbi əsir yoxdur. Bütün hərbi əsirlər müharibə bitən kimi ermənistan tərəfinə təhvil verilib: «Bu gün Azərbaycanda sadəcə 10 noyabr bəyanatı sonrası ələ keçirilən diversantlar var. Dünya ictimaiyyəti görməlidir ki, Prezident İlham Əliyevin ermənilərə qarşı nümayiş etdirdiyi növbəti humanistlik, Ermənistanla dinc-yanaşı yaşamaq istəyinin sübutu, regionda qalıcı sülh və barış naminə atılmış addımdır. Rəsmi İrəvan bu humanist addımdan nəticə çıxarmalı və barışa nail olmaq üçün addım atmalıdır. Bunun üçün ilk növbədə birmənalı olaraq, Azərbaycan ərazisində basdırdığı minaların xəritələrini verməlidir».
Ə.Kazımova qeyd edib ki, ermənilərin 10 noyabr sözləşməsindən sonra silsilə təxribatları nəticəsində saxlanılan diversantlarının aqibəti maraqlandırdığı halda, rəsmi İrəvan 1990-cı illərdə əsir götürdüyü 4 mindən çox mülki və hərbi azərbaycanlıların taleyi haqda məlumat vermək məsuliyyətini daşıdığını unutmamalıdır. Regionda qalıcı sülh və barış naminə Ermənistan anlamalıdır ki, sadəcə Azərbaycanın atdığı humanist addımlarla bu mümkün olmayacaq. Ermənistan da mütləq sürətdə öhdəsinə düşəni icra etmək məcburiyyətindədir. Rəsmi İrəvan unutmamalıdır ki, Azərbaycan hələ ki, bu kimi öhdəlikləri xoşluqla tələb edir. Ermənistan 44 günlük müharibəni unutmamalıdır. Partiya sədri Rusiya XİN başçısının İrəvana səfəri zamanı Ermənistanda etirazlara səbəb olması ilə bağlı bildirib ki, əslində Lavrova qarşı Ermənistanda mövcud qarşıdurma anlaşılandır: «Bilirsiniz, artıq illərdir hər kəs Sergey Lavrovu ermənilərə yaxın mövqeyi ilə tanıyır. Bunu dəfələrlə onun çıxışlarından da görürdük. Amma 44 günlük müharibə bütün dəngələri dəyişdi. Ermənistan Rusiyanın, xüsusən Lavrovun məsələyə praqmatik baxacağını gözləmirdi. Onlar Rusiyadan və Lavrovdan Minsk qrupu çərçivəsində ikili standartları tətbiq edərək, status-kvonun uzadılması üçün dəstək gözləyirdilər. Amma Rusiya ermənilərin bu gözləntilərini suya düşürdü. Paşinyan istefaya getdi. Ermənilər bu dəqiqə Rusiya ilə sonuncu həmləni oynayırlar. Yəni ermənilərin bu etirazları, əslində “ağlayan uşağı” xatırladır. Rusiyanın növbəti addımının proqnozunu bilmədikləri üçün, Rusiyaya qarşı qəzəblərini belə nümayiş etdirirlər».
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ