Lavrov İrəvana gəldi, Putin Ərdoğana zəng etdi - Nə baş verir?
Tarix: 5-05-2021, 22:40
Baxılıb: 1 248
Google+ Paylaş
Tumblr Paylaş

Lavrov İrəvana gəldi, Putin Ərdoğana zəng etdi - Nə baş verir?

5-05-2021, 22:40

Ərdoğanla Putin telefonda Qarabağı müzakirə edib. Lavrovun İrəvanda olduğu vaxt belə bir müzakirənin baş tutması Rusiyanın Qarabağda yeni dövrə hazırlaşdığı deməkdir və Putin bu haqda Ərdoğanı məlumatlandırır.
Avromedia.az xəbər verir ki, Lavrovun İrəvan və Bakıya səfərində iki məsələnin müzakirəsi mümkündür:
1. Erməni qoşunlarının çıxarılması və (4-cü bəndin icrası) sonrakı dövr;
2. Yeni dövrdə separatçı rejimin taleyinin necə olacağı.
Mümkündür ki, Rusiyanın hansısa yeni təklifləri var və Lavrov bu gün İrəvanda bağlı qapılar arxasında bu məsələləri razılaşdırıb. Putin də bunu Ərdoğanla müzakirə etmək və Lavrovun Bakıya gəlişindən öncə Türkiyə prezidenti ilə razılaşdırmaq istəyir. Rusların yeni təkliflərinin Bakının maraqlarına uyğun olmadığı, Qarabağdakı rus varlığının gücləndirilməsi və ya sülhməramlıların nəzarət etdiyi ərazilərin Azərbaycanın nəzarətinə keçmə prosesinin çətinləşdirilməsindən ibarət olacağı məlumdur. Putin Əliyevi razı salmaq üçün öncə Ərdoğanla anlaşmağa çalışır.
Hadisələrin inkişafında diqqətçəkən məqamlardan biri Lavrovun səfərindən öncə Putinin Makronla telefon danışığı və tərəflərin Minsk qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəlməsidir. Ardınca Lavrovun bölgəyə səfəri başlayır və o, İrəvanda olarkən Putin Ərdoğanla danışır.
Bu, Rusiyanın öz təklif-istəyini qəbul etdirmək üçün Ankara və Bakıya mesaj verməsidir: ya bu təkliflərlə razılaşaq və yeni mərhələdə birgə hərəkət edək, ya da Minsk Qrupu yenidən diriləcək.
Telefon danışığında haqda informasiya axını da maraqlıdır. Qarabağın müzakirə edildiyi detalı Kremlin rəsmi məlumatında yer alsa da, Ankaranın yaydığı məlumatda qeyd olunmur. Bu da Qarabağ müzakirəsinin Türkiyənin marağına uyğun olmadığını göstərən detallardan biri hesab oluna bilər.
İndi Bakı və Ankara üçün əsas məsələ 4-cü bəndin icra edilməsidir. Ermənistanın Qarabağda hərbi varlığının ortadan qalxması Xankəndidəki separatçıların həll edilməsini asanlaşdıracaq. Mümkündür ki, Bakı erməni qoşunların çıxarılmasından və hədəfinə bir addım da yaxınlaşmasından sonra nələrinsə müzakirə edilə biləcəyini deməklə manevr edir, Moskva öz maraqları üçün öncədən zəmanət istəyir.
Putinin Ərdoğanla danışması isə bütün hallarda bizim əlimizin güclü olduğuna dəlalət edir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ