Çavuşoğlundan DİPLOMATİK GEDİŞ-VİDEO
Tarix: 16-04-2021, 09:43
Baxılıb: 3 231
Google+ Paylaş
Tumblr Paylaş

Çavuşoğlundan DİPLOMATİK GEDİŞ-VİDEO

16-04-2021, 09:43

Ankarada səfərdə olan Yunanıstan xarici işlər naziri Nikos Dendiasın türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı xoşagəlməz hadisə yaşanıb.
Avromedia.az "ÜLKE" TV-yə istinadla xəbər verir ki, yunanıstanlı nazirin əsassız ittihamları Türkiyə XİN rəhbəri M.Çavuşoğlunu qəzəbləndirib.
“Türkiyə hüquqlarımızı, suverenliyimizi pozmağa davam edərsə, sanksiyalar yenidən gündəmə gələcək”, - deyə N.Dendias bəyan edib.
“Türkiyə ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin pozitiv bir mühitdə keçirilməsini arzu edirik, lakin yunan həmkarım Türkiyə haqqında qəbuledilməz ittihamlar səsləndirdi. Cənab Dendiasın mətbuatın önündə millətimizi, dövlətimizi ağır şəkildə ittiham etməsini qəbul etmirəm”, - deyə Çavuşoğlu etiraz edib.
Bildirək ki, Mövlud Çavuşoğlu mətbuat konfransından bir neçə saat sonra, gecə saatlarında Şimali Kipr Türk Cümhuriyətinə səfər edib. Səfərlə bağlı onun "Facebook" səhifəsində paylaşım edilib:
"Milli davamızı yeni bir vizyonla birlikdə müdafiə etmək üçün Şimali Kipr Türk Cümhuriyətindəyik", - deyə XİN rəhbəri vurğulayıb.
Ətraflı video materialda:
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ