İşğaldan azad olunan torpaqlar regionda sabitliyin qarantıdır
Tarix: 15-04-2021, 14:02
Baxılıb: 3 238
Google+ Paylaş
Tumblr Paylaş

İşğaldan azad olunan torpaqlar regionda sabitliyin qarantıdır

15-04-2021, 14:02

Partiya sədri: “Hərbi Qənimətlər Parkı qələbənin əbədiləşdirilməsi üçün önəmli bir layihədir”
«Şanlı Qələbə regionda təhlükəsizliyi təmin etdi. BMT-nin illərdir həyata keçirə bilmədiyi 4 qətnamənin icrasını Azərbaycan həyata keçirməklə, öz qüdrətini və gücünü göstərdi. Döyüş meydanında bütün dünya həm Azərbaycan əsgərinin gücünün, həm də ən müasir döyüş texnikası ilə təchiz olunmasının şahidi oldu. Bəli, şəhidlərimiz var. Amma Vətənin bütövlüyü uğrunda canından və qanından keçən oğullarımızın olması qürurvericidir». Bunu «Azad Azərbaycan» qəzetinə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, işğaldan azad olunan torpaqlar regionda sabitliyin qarantıdır: «Bu gün şəhidlərimiz sayəsində başımız dik, alnımız açıq, torpaqlarında düşmən olan, qaçqını və məcburi köçkünü olan ölkə statusunu daşımaqdan qurtulduq. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq. O cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. Ermənistanın silahını ataraq, ardına baxmadan qaçan əsgərlərini də gördük».
Partiya sədri qeyd edib ki, 44 günlük müharibədə Azərbaycan Ordusunun mənəvi üstünlüyü danılmaz faktdır: «Bu döyüş bizə sadəcə qələbə qazandırmadı, həm də bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi».
Ə.Kazımova bildirib ki, Ermənistan 44 günlük savaşda müharibənin mərkəzini dəyişmək üçün çox səy göstərdi. Müharibənin episentrinin Qarabağdan Ermənistan ərazilərinə köçürülməsi üçün təxribatlara əl atdılar. Gəncəyə, Tərtərə, Bərdəyə ballistik raketlərlə hücum etdilər. Mülkü insanları qətlə yetirdilər. Amma Azərbaycan  bu kimi təxribatlara uymadı: «Ermənistan növbəti terror aktları ilə sadəcə özünü ifşa etdi. Azərbaycan müharibəni qələbə ilə sonlandırmaqla həm öz gücünü göstərmiş oldu, həm də bu qələbə bütün təxribatlarının revanşı olmuş oldu».
Partiya sədri vurğulayıb ki, Ermənistan ordusunda 10 min fərari olub və bunu özləri etiraf ediblər: «Azərbaycan Ordusunda döyüşə bilmək üçün isə saysız hsabsız könüllülərimiz var idi. Hətta xaricdə yaşayan soydaşlarımız belə könüllü ordu sıralarına qoşularaq, Vətən müharibəsində canla-başla iştirak etdilər. Onlar arasında şəhid olanlar belə oldu». 
Ə.Kazımova qeyd edib ki, bu gün Ermənistan məğlub edilmiş ölkədir: «Ermənistan bizim qarşımızda diz çökmüş, boynunu bükmüş ölkədir və həmişə belə olacaq. Hərbi Qənimətlər Parkı qələbənin əbədiləşdirilməsi üçün önəmli bir layihədir. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin qalıqları var. Bütün bunlar Azərbaycan hərbçilərinin qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək,  maneələri dəf edərək, düşməni məğlub etməyin baris nümunəsidir».
Partiya sədri əlavə edib ki, bu park gələcək nəsillərə Vətən müharibəsindəki böyük qələbənin qürur mənbəyi olmasını aşılayaraq, qələbəmizi əbədiləşdirəcəkdir.
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ