Prezident Rusiyaya “gözləyirik” mesajı verdi, İrəvana isə…
Tarix: 12-04-2021, 23:03
Baxılıb: 1 174
Google+ Paylaş
Tumblr Paylaş

Prezident Rusiyaya “gözləyirik” mesajı verdi, İrəvana isə…

12-04-2021, 23:03

İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında Şuşada tapılan İsgəndər-M raketinin qalıqlarının tapılmasına toxundu.
Əliyev “Haradandır bu raketlər Ermənistan ordusunda” sualını ruslara ünvanlayır və əlavə edir ki, bizdə kifayət qədər məlumat var, sadəcə olaraq, rəsmi açıqlama gözləyirik.
Demək:
1. Azərbaycan İsgəndər-M cavabını gözlədiyini ən yüksək səviyyədə bəyan edir;
2. Ruslara “biz faktları açıqlamadan siz açıqlayın” mesajını verir, Moskvaya vəziyyətdən çıxması üçün manevr etmək imkanı yaradır və qarşılığında istəklərini qəbul etdirmək gedişi edir: Bakının İsgəndər-M məsələsindən ağılla istifadə etdiyi məlumdur;
3. Prezidentin “Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq” deməsi Azərbaycanın sona qədər gedəcəyini bəyan etməsi deməkdir: istədiyimizi almayana qədər “İsgəndər” məsələsi bağlanmayacaq.
Ordu tətikdədir: Əliyev Ermənistanda revanşist qüvvələrə, həm də onların arxasında dayananlara “dəmir yumruq yerindədir” mesajını verdi. Belə mesajlar zaman-zaman verilir, lakin bu dəfə - Köçəryanın Moskva səfərindən sonra, İrəvanda və Xankəndidə revanşist qüvvələrin aktivləşməsi fonunda Bakı atacağı addımı açıq mətnlə göstərir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ