Putinlə Ərdoğan Qarabağdakı vəziyyəti müzakirə edib
Tarix: 9-04-2021, 20:43
Baxılıb: 2 668
Google+ Paylaş
Tumblr Paylaş

Putinlə Ərdoğan Qarabağdakı vəziyyəti müzakirə edib

9-04-2021, 20:43

Rusiya və Türkiyə prezidentləri - Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.
Avromedia.az xəbər verir ki, tərəflər Qarabağdakı vəziyyəti müzakirə ediblər.
R.T.Ərdoğan 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların mərhələli şəkildə həyata keçirilməsi, bölgədə sabitliyin bərqərar olması istiqamətində Rusiya tərəfinin səylərini yüksək dəyərləndirib.
Həmçinin V.Putin Ermənistan və Azərbaycan liderləri ilə son danışıqları barədə Türkiyə prezidentini məlumatlandırıb. Tərəflər Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası yönündə işləri sürətləndirməyin vacib olmasına dair birgə rəy ifadə ediblər.
Bununla yanaşı, söhbət zamanı İstanbul kanalı layihəsi və s. məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ