Əliyev Ərdoğana zəng etdi
Tarix: 26-02-2020, 13:55
Baxılıb: 2 043
Google+ Paylaş
Tumblr Paylaş

Əliyev Ərdoğana zəng etdi

26-02-2020, 13:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Avromedia.az xəbər verir ki, Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, qardaş Türkiyənin firavanlığı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Dövlət başçıları dünən Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının əhəmiyyətinə toxunaraq ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ