Əməkdar artistə ağır itki
Tarix: 21-01-2022, 08:27
Baxılıb: 1 026
Google+ Paylaş
Tumblr Paylaş

Əməkdar artistə ağır itki

21-01-2022, 08:27

Əməkdar artist Mətanət İsgəndərlinin atası vəfat edib.

Bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat paylaşıb. 

"Bir ala gözlü, şirin sözlü, nur üzlü bir ata itirmişəm. Elinə, obasına, balalarına son nəfəsinə qədər sadiq qalan, balaları üçün canını verən bir ata… Mənim dərdimi atasını itirənlər anlayar. Dünyada ən böyük arxamı, dayağımı itirdim. İndi haradan tapacam səni, ay atam? Özüm övladlarıma həm atayam, həm ana, amma nə olsun ki, yaşımın bu çağında sən məni yetim qoydun. Yerini kimsə doldurmaz, üzümü güldürənim, məni həlim dindirənim... Allah bütün dünyadan köçən atalara rəhmət etsin, mənim atam da onların içində… Ruhun şad olsun, əziz atam… Yatdığın torpağa qurban olum. Heç səndən doymadım", - paylaşımda deyilir

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ