Abbas Bağırovun Xudayar ilə bağlı məqsədi nə olub?
Tarix: 3-06-2021, 14:39
Baxılıb: 3 343
Google+ Paylaş
Tumblr Paylaş

Abbas Bağırovun Xudayar ilə bağlı məqsədi nə olub?

3-06-2021, 14:39

Əməkdar artist Abbas Bağırov şəhid Xudayar Yusifzadə ilə ifa etdiyi “Vətən yaxşıdır” virtual duetindən danışıb.

“Gün ortası” proqramına qonaq olan müğənni əvvəlcə dueti Xudayara hədiyyə etmək istədiyini, lakin sonradan onun şəhid xəbərini aldığını bildirib:

“Müharibə vaxtı dostum bir video göndərdi ki, bax, gör əsgərimiz necə gözəl oxuyur? Dedim, yəqin xanəndədir. Sonra bildim ki, sahəsi başqadır. Göndərdim aranjimançıya ki, bunun səsini düzəlt, əsgərimizə hədiyyə edəcəm. Bir bənd oxumuşdu. Dedim, kaş ikinci də olardı. Özüm də oxudum. O ön, mən arxa cəbhədə virtual duet yaratdıq. Səhifəmdə də paylaşdım.

Üç gün sonra instaqramda mesaj gəldi ki, Xudayar şəhid olub. Yaşadığım anı sizə izah edə bilmərəm... Təsəvvür edin, mahnısı hazır idi, ona təqdim edəcəkdim. Bir neçə gündən sonra özümdə güc topladım və dedim, bu səs yaşamalıdır. Beləliklə, dueti hazırladım. Amma çətinliklə... Studiyaya getdim,  oxuya bilmirdim. Qəhərlənirdim. Alınmırdı, o səsin qarşısında oxuya bilmirdim. Cəmi bir dəfə ifa etdim, lentə aldıq”

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ