“Rübdə bir dəfə arvadı eşitmək olar“ - Rasim Balayev
Tarix: 24-04-2021, 11:20
Baxılıb: 1 792
Google+ Paylaş
Tumblr Paylaş

“Rübdə bir dəfə arvadı eşitmək olar“ - Rasim Balayev

24-04-2021, 11:20

Xalq artisti Rasim Balayev şəxsi həyatı ilə bağlı maraqlı faktlar açıqlayıb. “Açıq söhbət” verilişinin qonağı olan sənətkar cavan vaxtı bütün həyatını kinoya həsr etdiyi üçün ailəsinə lazımınca vaxt ayırmadığını etiraf edib.
Avromedia.az xəbər verir ki, Balayev hər il yay fəslini çəkiliş meydançasında keçirdiyini bildirib: “Filmlər əsasən yayda çəkilirdi. Buna görə də yayda həmişə kamera qarşısında olurdum. Bəzən dağlıq ərazilərdə, bəzən də qumsal çöllərdə çəkilişlərimiz olurdu. Şərait yaxşı olmadığı üçün uşaqları özümlə apara bilmirdim. Mən iş başında, onlar isə Bakıda olurdu”.
Aktyor deyib ki, hamı kimi onun da ailəsi enişli-yoxuşlu yollardan keçib: “kaş, cavan olaydım, amma indiki ağla sahib olaydım. Belə olsaydı, bəzi səhvləri buraxmazdım. İş qrafikim gərgin olduğu üçün söz-söhbət bizim ailədən də yan keçəməyib. Amma xanımımla bir-birimizi yola vermişik. Yoxsa, 51 il eyni damın altında yaşaya bilmzədik”.
Rasim Balayev aparıcının “kişi arvadı eşitməlidirmi?” sualına özünəmxsus tərzdə cavab verib: “Rübdə bir dəfə eşitmək olar”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ