Mətanət İsgəndərlinin nəvələri qaldıqları kirayədən çıxarılır - 3000 manat borcumuz var
Tarix: 26-03-2021, 16:46
Baxılıb: 3 637
Google+ Paylaş
Tumblr Paylaş

Mətanət İsgəndərlinin nəvələri qaldıqları kirayədən çıxarılır - 3000 manat borcumuz var

26-03-2021, 16:46

Əməkdar artist Mətanət İsgəndərlinin nəvələri kirayə qaldıqları mənzildən çıxarılmaq üzrədir.
Avromedia.az xəbər verir ki, bu barədə “Ölkə.Az”-a sənətçinin gəlini Canana (Aynur Həmidova) məlumat verib. Onun sözlərinə görə hazırda mənzil sahibinə 3000 manat borcu var:
“Mənzilin sahibi ilə aramızda rəsmi sənəd imzalanıb. Hazırda üç min manat borc yığılıb. Bu barədə uşaqlarımın atasını məlumatlandırmışam, amma hələ ki bir xəbər yoxdur. Bu durumda mənzildən çıxa da bilmirik. Çünki müqaviləyə əsasən bocrumuz olduğu üçün özümüzə aid məişət əşyalarımızı girov qoymalıyıq. Bizə cəmi bir neçə gün vaxt verilib. Həmin müddətdə ya borc ödənməlidir, ya da əşyaları girov qoyub çıxıb küçədə çadır qurub yaşamalıyıq”.
Canana bildirib ki, məhkəmə üç uşağa 510 manat aliment kəsib:
“Bu məbləğlə üç uşağı saxlamaq, təhsil, yemək xərclərini, kommunal xərcləri qarşılamaq və kirayadə yaşamaq mümkünsüzdür. Niyə razı olurlar ki, övladları bu duruma düşsün? Söz tapmıram…”
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ