Tanınmış aparıcı koronavirusa yoluxdu
Tarix: 24-03-2021, 11:42
Baxılıb: 3 355
Google+ Paylaş
Tumblr Paylaş

Tanınmış aparıcı koronavirusa yoluxdu

24-03-2021, 11:42

Azərbaycanın tanınmış aparıcılarından biri koronavirusa yoluxub. 
Avromedia.az xəbər verir ki, söhbət aparıcı Aytən Səfərovadan gedir. O, bu barədə sosial şəbəkədə video paylaşıb. 
Koronavirusa yoluxduğunu bildirən aparıcı COVID-19 infeksiyasına qarşı laqeyd yanaşanlara səslənərək sağlamlıqlarını qorumağa çağırıb:
“Test verdim və COVID-19 testinin nəticəsi müsbət çıxdı. Artıq öskürək başlayıb. Öskürən zaman elə bilirəm ki, nəfəsim gedəcək və gəlməyəcək. Bax belə ifadəsi çətin bir hiss var. Getdikcə vəziyyətim ağırlaşır. Amma ümid edirəm ki, yaxşı olacaq. Kim indi xəstədirsə, yastığınız yüngül olsun. Özünüzü, övladlarınızı qoruyun”.
Qeyd edək ki, A.Səfərova müalicəsini evdə izolyasiya şəraitində davam etdirir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ