“Feminist deyiləm, amma..." - Pərvin Abıyeva
Tarix: 23-03-2021, 21:01
Baxılıb: 6 459
Google+ Paylaş
Tumblr Paylaş

“Feminist deyiləm, amma..." - Pərvin Abıyeva

23-03-2021, 21:01

“Feminist deyiləm, amma bu qətlləri gördükcə onlara haqq qazandırmağa başlayıram. Nə yazıq! Qadınları feminizmə siz kişilər sürükləyirsiniz”.
Avromedia.az xəbər verir ki, bu sözləri İnstaqram səhifəsində tanınmış aktrisa Pərvin Abıyeva yazıb. O fikirlərinə bunları da əlavə edib:
“Öz övladına zəhərli iynə vurub öldürmək nə deməkdir axı?! Allah bizə dil, şüur, beyin verib ki, danışaq, bir-birimizi anlayaq. Tanrının bəxş etdiyi bu nemətlərdən istifadə etməyib, özündən əmələ gələni belə ucuz şəkildə öldürəcəksənsə, ən yüngül cəzan edam olmalıdır. Bəsdirin cavan-cavan qızların həyatını söndürdünüz. Səhvi olsa, belə onu yanlışdan döndərmək üçün bir çox metod var. Ölüm çıxış yolu deyil”.
Məlumat üçün qeyd edək ki, Bakıda 62 yaşlı Hacıağa Salmanov 35 yaşlı qızı Gülnar Salmanovanın yaşadığı evə gələrək ona zəhərli iynə vurub. Nəticədə G.Salmanova ölüb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ