"Balam quş kimi uçub getdi"- Nazpəri Dostəliyeva oğlunun ölümündən danışdı
Tarix: 22-03-2021, 21:35
Baxılıb: 3 643
Google+ Paylaş
Tumblr Paylaş

"Balam quş kimi uçub getdi"- Nazpəri Dostəliyeva oğlunun ölümündən danışdı

22-03-2021, 21:35

“Oğlum, valideynlərimin və qardaşımın dəfn olunduğu Qobustan qəbirstanlığında torpağa tapşırılacaq”.
Avromedia.az xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Nazpəri Dostəliyeva deyib.
Oğlunun vəfatının şokunu yaşayan sənətçi onun ölümünün ani olduğunu bildirdi: “Oğlum quş kimi yanımdan ucub getdi. Xalasıyla, mənimlə deyə-gülə getdi balam. Təcili yardım gələnə qədər canını tapşırdı”.
“Elə bil, cənnət quşu idi… Deməli, həyatıma bu da yazılıbmış”…”- deyən sənətçi göz yaşlarını saxlaya bilmədi.
Qeyd edək ki, Xalq artistinin oğlu bu gün günorta saatlarında ürək çatışmazlığından vəfat edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ