Emin Ağalarov Azərbaycanda daha 7 restoran açacaq
Tarix: 16-03-2021, 12:32
Baxılıb: 3 683
Google+ Paylaş
Tumblr Paylaş

Emin Ağalarov Azərbaycanda daha 7 restoran açacaq

16-03-2021, 12:32

“Crocus Group” 2021-2022-ci illərdə Azərbaycanın restoran bazarında mövcudluğunu gücləndirəcək.
Avromedia.az xəbər verir ki, bu barədə holdinqin ortağı Emin Ağalarov “Kommersant”a açıqlamasında bildirib.
İş adamının sözlərinə görə, şirkət 2021-2022-ci illərdə restoran layihələrinə təxminən 1 milyard rubl sərmayə qoymağı planlaşdırır:
“Təkcə 2021–2022-ci illərdə Bakıda və “Sea Breeze Resort”da yeddi yeni restoran açmağı planlaşdırırıq. Bəzi layihələrimiz artıq tanınmış markalardır: “Zafferano”, “Edoko”, “Forte Bello”, “Fish Box”, “Cafe Milano”.
Hazırda “Crocus Group” şirkətinin idarə etdiyi restoranların ümumi sayı 52-dir. 2020-ci ildə qrupun biznesinin restoran hissəsinin dövriyyəsi üç dəfə azalıb, iki il ərzində isə şirkət bu göstəricinin 70% artacağını gözləyir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ