Bəzi dərmanların qiyməti kəskin bahalaşıb
Tarix: 9-11-2022, 08:14
Baxılıb: 1 137
Google+ Paylaş
Tumblr Paylaş

Bəzi dərmanların qiyməti kəskin bahalaşıb

9-11-2022, 08:14

Bəzi dərman preparatları və tibbi vasitələrin qiymətində kəskin artım var.

Vətəndaşların sözlərinə görə, qiymətlər son 1-2 ay ərzində 2-3 dəfə yüksəlib.

Əczaçılar da qiymət artımını təsdiqləyirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, əksər ekspertlər bahalaşmanı Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər.

Qeyd edilir ki, müharibə nəticəsində bu ölkələrdən idxal edilən dərmanların sayında azalma var, bu tendensiya isə qiymət artımına səbəb olub. Mütəxəssislər hesab edirlər ki, bahalaşma daha çox qiyməti Tarif Şurası tərəfindən tənzimlənməyən dərman preparatlarında müşahidə edililir.

Mövzu ilə bağlı danışan millət vəkili Fazil Mustafa hesab edir ki, belə problemlərlə qarşılaşmamaq üçün istehsalı artırmaqla xaricdən idxal edilən dərman vasitələrinə təlabatı azaltmaq lazımdır. Belə olduqda rəqabət mühiti artacaq. Bu isə qiymətlərin stabil olmasına gətirib çıxaracaq.

Məsələni şərh edən ekspert Emin Qəribli bildirib ki, dərman vasitələrin qiymətlərini əlçatan etmək üçün güzəştlər tətbiq edilməlidir

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ