İdmana başlayanlar üçün mühüm tövsiyyə
Tarix: 8-09-2022, 11:22
Baxılıb: 1 724
Google+ Paylaş
Tumblr Paylaş

İdmana başlayanlar üçün mühüm tövsiyyə

8-09-2022, 11:22

Payızda idmanla məşğul olmaq xüsusilə effektlidir. Вuna yaxşı hava şəraiti kömək edir, günəş artıq aktiv deyil və şaxta da yoxdur.

Bu sözləri sambo üzrə idman ustası, fitnes məşqçisi, sambo və cüdo üzrə olimpiya ehtiyatları idman məktəbinin baş məşqçisi Dmitri Naqulin deyib.

“Bundan əlavə, yayda bütün bədən sistemləri istirahət edir və payıza qədər fiziki gücə hazır olur. Üçüncü səbəb psixoloji hazırlıqdır. Həyatınızı dəyişmək istəyirsinizsə, idmana başlamağı məsləhət görürəm.

Bir çoxumuz yeni həyata başlamaq anını daim növbəti bazar ertəsinə, yaxud yeni ilə qədər təxirə salırıq. Bunu payızda etməyi məsləhət görürəm. Çox vaxt insanlar payızda iş yerini dəyişmək və ya təhsillə məşğul olmaq qərarına gəlirlər. Siz öz zövqünüzə uyğun idman tapa bilərsiniz”, - Naqulin bildirib.

Virus və soyuqdəymə mövsümünün başlanğıcını nəzərə alaraq ekspert güc məşqlərinə deyil, kardiyoya daha çox diqqət yetirməyi tövsiyə edib. Həddindən artıq fiziki fəaliyyət, əksinə, immun sistemini çox zəiflədir, bu isə o deməkdir ki, idmanın tempinə nəzarət etmək lazımdır. Bundan əlavə, o, mümkün qədər çox meyvə-tərəvəz yemək və uyğun geyinməyin vacibliyini xatırladıb

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ