Bu məhsulları soyuducuda saxlamayın
Tarix: 18-08-2022, 20:53
Baxılıb: 1 149
Google+ Paylaş
Tumblr Paylaş

Bu məhsulları soyuducuda saxlamayın

18-08-2022, 20:53

Makaron və dənli bitkilərin uzun müddət soyuducuda saxlanması zəhərlənməyə səbəb ola bilər.

Bu sözləri “VM.ru”ya müsahibəsində diyetoloq Yelena Solomatina deyib.

“Bişmiş düyü, makaron, bulqur və digər dənli bitkiləri soyuducuda uzun müddət saxlamaq olmaz. Rütubətli mühitdə patogen mikroorqanizmlər inkişaf etməyə başlayır, məhsul tez xarab olur. Bir-iki gündən sonra belə zəhərlənə bilərsiniz”.

Ekspert əlavə edib ki, pomidor və çörəyi soyuducuya qoymaq məsləhət deyil. Solomatina vurğulayıb ki, çay, qəhvə və müxtəlif otların uzun müddət soyuducuda saxlanılması da təhlükəlidir.

“Ədviyyatlar, quru meyvələr, peçenye və qoz-fındıqları soyuqda saxlamaq olmaz. Eyni zamanda, hazır əriştə və konservləri soyuducuda saxlamaq təhlükəsizdir. Bu məhsullar isti yerdə belə xarab olmurlar”, - dietoloq yekunda qeyd edib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ