Tarix: 21-07-2022, 10:31
Baxılıb: 1 177
Bu vasitələr qadınların ömrünü uzadır
21-07-2022, 10:31
Corciya Universitetində aparılan yeni bir araşdırma göstərir ki, şirin kartof, kələm, ispanaq, qarpız, bolqar bibəri, pomidor, portağal və yerkökü kimi piqmentli karotenoidləri yüksək olan meyvə-tərəvəzi çox qəbul etmək qadınların kişilərdən daha uzunömürlü olmasının səbəblərindən biridir.
Bu barədə “Nutritional Neuroscience“ jurnalında məlumat verilib.
Tədqiqatın nəticələrində bildirilir ki, bu parlaq rəngli meyvə və tərəvəzlər görmə və idrak itkisinin qarşısını almaq üçün xüsusilə vacibdir.
“Kişilər və qadınlar təxminən eyni miqdarda bu karotenoidləri istehlak edirlər, lakin qadınların ehtiyacları daha yüksəkdir”, - tədqiqat müəllifləri vurğulayırlar.
скачать dle 12.1