Valideynlər DİQQƏTLİ OLUN- Viruslar yayılır
Tarix: 23-06-2022, 08:34
Baxılıb: 1 185
Google+ Paylaş
Tumblr Paylaş

Valideynlər DİQQƏTLİ OLUN- Viruslar yayılır

23-06-2022, 08:34

Son zamanlar uşaqlar arasında qusma, ishal və yüksək hərarətlə müşahidə olunan xəstəlik yayılıb.

Bəs, bu xəstəliklər hansı viruslardır?

Avromedia.az xəbər verir ki, bununla bağlı Lent.az-a açıqlama verən pediatr Elşən Tağıyev bildirib ki, uşaqlar arasında bir yox, bir neçə virus yayılıb:

“Hazırda uşaqlar arasında yüksək hərarətlə müşahidə olunan bir neçə xəstəlik yayılıb. Son zamanlar bizə müraciət edən xəstələrdə “Roseola” virusu daha çox müşahidə olunur. Bu xəstəliklər 3-4 gün qızdırma ilə davam edir. Hərarət düşdükdən sonra isə çəhrayı rəngdə səpkilər yaranır. Bu səpkilər də 2-3 gün qalır”. 

Həkimin sözlərinə görə, “Rotavirus” uşaqlar arasında hələ də qalıb:

“Az hallarda da olsa, “Rotavirus”da da hərarət hallarına rast gəlinir. “Rotavirus”un mövsümü olmasa da, hələ də uşaqlar arasında bu virusa rast gəlinir”. 

Elşən Tağıyev ən çox yayılan virusun isə “Adenovirus” olduğunu açıqlayıb:

“İndi olan viruslardan biri də “Adenovirus” infeksiyasına bənzəyən xəstəlikdir. Çox güman ki elə “Adenovirus”dur. Çünki gözlərin iltihabı konyunktivlə və yüksək hərarətlə müşahidə olunur. Bununla yanaşı ağızda səpkilər, qusma, ishalla olan viruslar var ki, bunlar da “Adenovirus” infeksiyasının əlamətləridir. Hazırda da ən çox yayılan virus da elə “Adenovirus”dur”

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ