Soyuq su ilə duş qəbul etməyin faydaları
Tarix: 14-05-2022, 08:38
Baxılıb: 2 360
Google+ Paylaş
Tumblr Paylaş

Soyuq su ilə duş qəbul etməyin faydaları

14-05-2022, 08:38

Əksəriyyət insanlar isti və ilıq suda yuyunmağı, duş qəbul etməyi sevir. Bu, çoxlarına rahatlıq gətirir. Soyuq su ilə duş alanlara isə çox az hallarda rast gəlmək mümkündür.

Mütəxəssislər soyuq suyun faydalarının daha çox olduğunu bildirir.

Birdən-birə soyuq duş qəbul etmək çətin prosedur sayılsa da, tədricən çətinlik aradan qalxır, qısa bir zamanda soyuq suya alışqanlıq yaranır.

Soyuq duş daha gümrah olmağa kömək edir. Son məlumatlara görə, soyuq su qan dövranını da yaxşılaşdırır. Ələlxüsus səhərlər qəbul edilən soyuq duş daha gümrah olmağa imkan verir.

Bunun stress halında olanlara da böyük faydalarının olduğu deyilir. Soyuq duş pis əhval-ruhiyyəni, əsəbiliyi aradan qaldırır.

Soyuq su ilə yuyulan saçlar isə daha parlaq olur, gec kirlənir. Bu həm də dəridə olan iltihabi prosesin qarşısını alır.

Soyuq duş artıq çəkili insanlar üçün də faydalı sayılır. Hər gün soyuq duş qəbul etməklə bədəndə yığılan piyləri asanlıqla əritmək olar. Bu, orqanizmdə yığılan toksinlərin kənarlaşmasına da yardım edir.

Soyuq su bədəndə olan qidalandırıcı maddələri artırır, hüceyrələri yetərincə oksigenlə təmin edir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ