Dərinizi bu skrab vasitəsi ilə cavanlaşdırın
Tarix: 23-03-2022, 20:16
Baxılıb: 1 712
Google+ Paylaş
Tumblr Paylaş

Dərinizi bu skrab vasitəsi ilə cavanlaşdırın

23-03-2022, 20:16

Sadə və sərfəli inqrediyentlərdən bədən skrabını özünüz hazırlaya bilərsiniz.

Skrab ölü dəri hüceyrələrini təmizləməyə və məsamələri açmağa kömək edir.

Eyni zamanda selülitlə mübarizədə böyük kömək ola bilər.  Bu gün mağazaların rəflərində dəriyə qulluq üçün bir çox məhsullar tapa bilərsiniz, lakin bədən skrabını evdə də asanlıqla hazırlamaq mümkündür.

 Aşağıda bir neçə sadə reseptlə tanış ola bilərsiniz:

Qəhvə skrabı -  Qəhvə əsaslı skrab dərinin tonusunu artırır və qan dövranını yaxşılaşdırır.  Bir və ya iki prosedur üçün sizə lazım olacaq: 100 qram üyüdülmüş qəhvə; isti su; üç yemək qaşığı darçın; iki-üç yemək qaşığı zeytun yağı; lavanda efir yağı. Bir qaba üyüdülmüş qəhvə və üzərinə qaynar su töküb məcun halına salın.  Üç yemək qaşığı darçın, zeytun yağı və 10 damcı lavanda yağı əlavə edin, sonra qarışdırın. Skrabı dəriyə dairəvi hərəkətlərlə çəkin, sonra yuyun.

Duz -  Skrabın əsas komponenti dəniz duzudur, o dərinin səhtini çox yaxşı təmizləyir, yağlar isə nəm effekti verir.  Onu hazırlamaq üçün sizə lazım olacaq: 200 qram dəniz duzu; 5 xörək qaşığı zeytun yağı; 5-6 damcı efir yağı. İnqridiyentləri birləşdirib yaxşı qarışdırın.  

Kokos skrabı - Evdə ətirli kokos skrabı hazırlamaq çətin deyil.  Bunun üçün sizə lazım olacaq: Təxminən 30 qram kokos yağı; 100 qram şəkər; 1 xörək qaşığı üyüdülmüş kokos; 8 damcı efir yağı. Kokos yağı sərtdirsə, onu mikrodalğalı sobada əridin. Ayrı bir qabda şəkərlə (həm ağ, həm də qamışdan istifadə edə bilərsiniz)  yaxşıca qarışdırın. Üyüdülmüş kokosu və sevdiyiniz efir yağını əlavə edin, sonra yenidən yaxşıca qarışdırın.

Bal skrabı - Belə skrabı hazırlamaq üçün yalnız iki tərkib hissəsi lazımdır.  Bal və təbii üyüdülmüş qəhvəni bərabər nisbətdə qarışdırın.  Bədənə çəkin və təxminən 5 dəqiqə masaj edin.  Skrabdan istifadə etməzdən əvvəl dərinin bala allergik reaksiyasının olub-olmadığını yoxlamaq vacibdi

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ