Telefona aludə olmağın daha bir mənfi cəhəti
Tarix: 23-02-2022, 08:38
Baxılıb: 1 611
Google+ Paylaş
Tumblr Paylaş

Telefona aludə olmağın daha bir mənfi cəhəti

23-02-2022, 08:38

Telefona baxarkən daim başın və boyunun aşağı bucaq altında əyilməsi ağırlığın boynun fəqərələri üzərinə düşməsinə səbəb olur. Boyun gün ərzində bu vəziyyətdə duruş üçün nəzərdə tutulmayıb.

Fizioterapistlər son zamanlar 18-20 yaşlı gənclərdə boyunda degerenativ dəyişiklik, fəqərələrdə yırtığa meyilliyin artmasının bir səbəbini telefon və planşetlərdən istifadədə görür.

Uzun müddət əyilmiş vəziyyətdə dayanan boyun fəqərələrində narahatlıqlar meydana gəlməyə başlayır. Əgər uşaqlar telefonla normadan çox məşğul olarlarsa, onların fəqərələri əyilir və fəqərəarası sinirlər sıxılmağa başlayır. Sinirlər sıxıldıqca onların qidalandırdığı yerlər də zərər görməyə başlayır. Boyun əzələləri gərginləşir və boyunda, başda ağrılar meydana gəlməyə başlayır.

ABŞ alimləri son 5 ildə əhalinin 50 faizinin boyun fəqərələrindəki problemlərin əmələ gəlməsində telefon, planşet və notbukların səbəb olduğu qənaətinə gəlmişlər.

Buna görə də telefonla uzun müddət məşğul olduqda telefonu elə tutmaq lazımdır ki, boyuna çox yük düşməsin.

Azyaşlı uşaqlara və gənclərə telefonla çox oynamağın zərərlərini başa salmaq və onların boyun vəziyyətinə nəzarət etmək lazımdır.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ