Omikron və qrip fərqini həkim açıqladı
Tarix: 14-02-2022, 16:06
Baxılıb: 2 841
Google+ Paylaş
Tumblr Paylaş

Omikron və qrip fərqini həkim açıqladı

14-02-2022, 16:06

Hazırda boğaz ağrısı və qızdırması olanların böyük əksəriyyəti koronavirusun Omikron ştammına yoluxan şəxslərdir.

Bunu infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

"Bir müddət ölkəmizdə qrip infeksiyası yayılmışdı. Hazırda ölkəmizdə qrip infeksiyası demək olar ki, yoxdur. Bu da onu deməyə əsas verir ki, çoxlarının yoluxduğu qrip deyil. Bu, koronavirusun Omikron ştammıdır", - həkim qeyd edib.

Onun sözlərinə görə, xəstəliyin bəzi simptomları qriplə oxşardır. Oxşarlığın çox olması səbəbindən xəstəliyin müəyyən edilməsi çətinləşə bilər.

“Omikron” ştammının əsas simptomları hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissidir. Qripin simptomları isə öskürək, yüksək hərarət (olmaya da bilər), boğaz ağrısı, burun tutqunluğu və ya axıntısı, baş ağrısı, yorğunluq və.s-dir.

Bu virusları bir-birindən ayırd etmək üçün ancaq yaxma analizi vermək lazımdır", - M.Əliyev əlavə edib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ