Gənc xanımlar arasında bu xəstəlik artıb- XƏBƏRDARLIQ
Tarix: 26-01-2022, 08:34
Baxılıb: 1 278
Google+ Paylaş
Tumblr Paylaş

Gənc xanımlar arasında bu xəstəlik artıb- XƏBƏRDARLIQ

26-01-2022, 08:34

Çox zaman kişilərin infarkt və insulta meyilli olduğunu düşünürlər. Lakin son elmi araşdırmalarda alimlər gənc qadınlar arasında insultun artdığını bildirir.

Son 16 elmi araşdırmaların nəticəsinə əsasən, işemik insult üzrə qadınlarda 35 yaşda risk həmin yaşda kişilərdən 40 faiz çoxdur.

Alimlər 10 il ərzində 70 min insult hadisəsini araşdırıb. 90 faiz hallarda bu işemik insult olub, bu zaman baş beyində qan dövranı yetməzliyi baş verir.

İnsult riski qadınlarda 34-35 yaşda pik həddə çata bilər, daha sonra bu risk yaş artdıqca azalmağa başlayır.

Bunun səbəbi hələ də dəqiq məlum deyil. Amma qadınlarda hamiləlik, doğumdan sonrakı hormonal dəyişikliklər, hamiləlikdən qorunma həblərinin qəbulunun burda rol oynadığı mümkündür.

Kişilərdə tromb və insult riski isə 40 yaşdan sonra yüksəlməyə başlayır.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ