Tarix: 13-01-2022, 19:59
Baxılıb: 2 101
Dırnaq üçün ən təsirli maska
13-01-2022, 19:59
Dırnaqlar üçün maskalar
KÖVRƏK DIRNAQLAR ÜÇÜN
Yarım stəkan bitki yağı, 5 damcı vitamin A və 3 damcı yodu qarışdır. Dırnaqları 20 dəqiqə ərzində həmin məhlulda saxla. Proseduru iki həftə ərzində hər gün təkrar etmək lazımdır.
QİDALANDIRICI MASKA
3 ç.q qidalandırıcı krem, vitamin A və D-nin 1/3-i, vitamin E-nin isə 1 hissəsini yaxşı-yaxşı qarışdırıb lakdan təmizlənmiş dırnaqlara sürt. Prosedura 3 həftə ərzində hər gün edilməlidir
DIRNAQLARI AĞARTMAQ ÜÇÜN MASKA
Qaralmış və ya saralmış dırnaqları ağartmaq üçün limonu iki hissəyə ayırıb dırnaqları 5 dəqiqə masaj et.
скачать dle 12.1