Orqanizmi hansı məhsulla təmizləmək olar?
Tarix: 8-12-2021, 09:45
Baxılıb: 2 044
Google+ Paylaş
Tumblr Paylaş

Orqanizmi hansı məhsulla təmizləmək olar?

8-12-2021, 09:45

Kəsmikdən gündəlik istifadə təkcə sümükləri gücləndirmir, qaraciyəri sağaldır, əzələləri gücləndirir və yuxunu normallaşdırır, həm də arıqlamağa kömək edir.

Bu sözləri diyetoloq Olqa Korableva “RİA Novosti”yə müsahibəsində deyib. Mütəxəssisin sözlərinə görə, bu süd məhsulu yuxusuzluğu, narahatlığı və depressiyanı aradan qaldıran amin turşusu olan triptofanla zəngindir. Məhsul həmçinin kalsium və fosfor ehtiva edir.

“Onu pəhrizə daxil etməklə siz diş problemlərindən xilas olacaqsınız, sümüklər möhkəmlənəcək, dırnaqlar və saçların vəziyyəti yaxşılaşacaq. Kəsmik tez doyuzdurur, orta hesabla 9% yağlı məhsulun 100 qramında 169 kalori və 16% protein var. Beləliklə, həddindən artıq yeməyin qarşısını alır. Müntəzəm olaraq yağlı qidalar, fəstfud, qızardılmış, şirin və nişastalı qidalar qəbul edən bir insanda qaraciyər hüceyrələri yavaş-yavaş yenidən yağ toxumasına çevrilir.

Eyni zamanda kəsmiyin tərkibində metionin amin turşusu var ki, bu da yağ mübadiləsinə müsbət təsir göstərir, bundan əlavə, qanda pis xolesterini aşağı salır”, - ekspert yekunlaşdırıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ