Hər gün bir ovuc püstə yesək orqanizmdə nə baş verər?
Tarix: 12-11-2021, 08:25
Baxılıb: 2 203
Google+ Paylaş
Tumblr Paylaş

Hər gün bir ovuc püstə yesək orqanizmdə nə baş verər?

12-11-2021, 08:25

Püstə xolesterolu azaltmağa kömək edən çoxlu doymamış yağ turşuları ilə zəngindir, həmçinin dərimizin cavan görünməsinə, toxunulmazlığı dəstəkləməyə və görmə qabiliyyətini yaxşılaşdırmağa kömək edən A və E vitaminlərini ehtiva edir".

Bunu dietoloq və endokrinoloq Alena Barredo "RIA Novosti"yə püstədən gündəlik istifadənin faydaları barədə danışarkən deyib.

O bildirib ki, püstədə stressi aradan qaldırmağa və qan təzyiqini sabitləşdirməyə kömək edən maqnezium var:

"Həçinin bu çərəz zəngin zülal mənbəyidir. Buna görə çatışmazlıqları aradan qaldırmaq və bədən çəkisinin azalmaq üçün püstə istehlak etmək tövsiyə olunur ".

Yağlı olduğuna görə, püstənin kalorisi kifayət qədər böyükdür. Ona görə də çox yemək olmaz. Mədəaltı vəzi funksiyası pozulmuş insanlar püstədən imtina etməlidirlər. Püstə duzlu da ola bilər, ona görə də hipertoniya xəstələri duzsuz çərəz seçməlidirlər", - ekspert əlavə edib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ