Koronavirusun yeni növü aşkarlandı
Tarix: 20-10-2021, 08:14
Baxılıb: 2 368
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirusun yeni növü aşkarlandı

20-10-2021, 08:14

İsraildə COVID-19-un "delta" ştamından daha təhlükəli olan "AY.4.2" mutasiyası aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, yeni ştam İsrailə xaricdən qayıdan və Ben-Qurion Hava Limanında testdən keçən 11 yaşlı uşaqda təsbit edilib.

Uşağın xaricdən qayıtdıqdan sonra təcrid olunduğu və heç kimlə əlaqə saxlamadığı qeyd edilir.

Bundan əvvəl Böyük Britaniyanın Kembricdəki Senger İnstitutundan Ceffri Barrett və London Universitetindən Fransis Ballou Hindistanda koronavirusun yeni və təhlükəli mutasiyasının ortaya çıxması ilə bağlı xəbərdarlıq ediblər.

"AY.4.2" adlanan yeni ştam dünya ölkələrində tüğyan edən sələfindən 10-15% daha infeksion sayılır. Alimlərə görə, "AY.4.2" pandemiya dövründə ən yoluxucu ştama çevriləcək.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ