Nar qabığının misilsiz faydaları
Tarix: 8-10-2021, 08:00
Baxılıb: 2 657
Google+ Paylaş
Tumblr Paylaş

Nar qabığının misilsiz faydaları

8-10-2021, 08:00

Nar qabığından hazırlanmış çay bir çox xəstəliklərin yaranmasının qarşısını ala bilər. Alimlərin araşdırmalarına görə narın qabığı meyvəsi və suyu ilə müqayisədə daha çox vitamin və minerallarla zəngindir.

Narın qabığı yüksək miqdarda C vitamini ilə zəngindir. C vitamini əskikliyi bir çox xəstəliyə səbəb olduğu üçün nar qabığından qış aylarında yaranan qrip, bronxit, boğaz ağrısı kimi xəstəliklərin müalicəsində istifadə edilə bilər.

Aparılan araşdırmalar nəticəsində nar qabığının pankreas, qida borusu, bağırsaq, prostat və döş xərçənginə qarşı da qoruduğu məlum olub. Nar qabığının dəriyə faydaları da olduqca çoxdur. Dəri xərçənginə qarşı qoruyucu xüsusiyyəti var. Nar qabığı dərini yeniləməklə yanaşı, həm də günəşin zərərli şüalarından qoruyur.

Yanıq müalicəsində də istifadə olunur. Yanıqların daha tez sağalmasına və mikroblardan təmizlənməsinə kömək edir.

Nar qabığının dəmləməsi ürək üçün çox faydalıdır. Ürək əzələsini qoruyur, damarları möhkəmləndirir və təmizləyir. Xolesterolu azaldır, beta hüceyrələrini artıraraq şəkər, ürək-damar xəstəliklərinə daha çox fayda göstərir.

Nar qabığı dəmləməsini uşaqlara da vermək olar. Ağız boşluğunda istənilən iltihab, yara zamanı nar qabıqlarının dəmləməsi çox yaxşı kömək edir. Damağı möhkəmləndirir, diş əti qanamasını azaldır.

Nar qabığını qurutduqdan sonra 100 qram qaynanmış suya 2 qram nar qabığı ataraq 10 dəqiqə qaynadın. Bu suyu hər gün çay əvəzi içsəniz bir çox xəstəliklərdən qorunmuş olacaqsınız. Odur ki, bundan sonra nar yedikdə qabıqlarını qətiyyən atmayın.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ