Koronavirusun əsas simptomları dəyişdi
Tarix: 29-09-2021, 08:41
Baxılıb: 3 511
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirusun əsas simptomları dəyişdi

29-09-2021, 08:41

Son vaxtlar koronaviruslu xəstələrdə mədə-bağırsaq traktı ilə əlaqəli simptomlar daha tez -tez rast gəlinir.

Bu sözləri rusiyalı epidemioloq Xədicət Ömərova deyib:

“Koronavirus infeksiyası olan xəstələrdə edilən 35 araşdırmanın meta-analizinin nəticələrinə görə... mədə-bağırsaq traktının simptomlarının ümumi yayılması 15 % təşkil edir və ən çox rast gəlinənləri ürəkbulanma, qusma, ishal və iştahsızlıqdır”.

Mütəxəssis vurğulayıb ki, koronaviruslu hər onuncu xəstədə heç bir əlavə simptom olmaya bilər.

Epidemiyanın ikinci dalğasında virusun mədə-bağırsağa təsiri daha tez-tez ortaya çıxmağa başlayıb, Ömərova bunun COVID-19 mutasiyalarından qaynaqlandığını qeyd edib.

Xəstəliyin fonunda sistemli iltihab və mikrosirkulyasiya pozğunluğu səbəbindən mədə-bağırsaq mukozasının keçiriciliyinin artması müşahidə olunur.

Alimlər mədə-bağırsaq traktının tənəffüs sistemi ilə birlikdə koronavirusun “giriş qapısı” kimi xidmət edə biləcəyi hipotezini nəzərdən keçirirlər. (Oxu.az)

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ