Baş tərləməsinin əsas səbəbini mütəxəssis açıqladı
Tarix: 2-09-2021, 12:38
Baxılıb: 4 058
Google+ Paylaş
Tumblr Paylaş

Baş tərləməsinin əsas səbəbini mütəxəssis açıqladı

2-09-2021, 12:38

Koronavirusun verdiyi neyropatiya təkcə iy və dadbilmə hissiyyatının itməsi deyil. Güclü tərləmə də tər vəzilərini tənzimləyən avtonom sinir sisteminin funksiya pozulmasıdır. Təkcə baş nahiyəsi tərləyirsə, çox güman ki, bu, vitamin D çatışmazlığına görədir.

Bu sözləri reanimatoloq-anestezioloq Şahin Məmmədov deyib. Koronavirusun bədəndə yaratdığı fəsadlardan söz açan həkim qeyd edib ki, ümumi bədənin profuz tərləməsi avtonom sinir sisteminin neyropatiyasının nəticəsidir, bir müddətə öz-özünə bərpa olacaq, müalicəsi üçün xüsusi dərmana ehtiyac yoxdur:

“Güclü tərləmənin mənfi cəhəti çoxlu su itkisidir. Tərin tərkibində həm Na, həm də su var, amma güclü tərləmədə su natriumdan daha çox itirilir deyə nəticədə hipernatremiya yaranır. Bol maye qəbul edərək dehidratasiyanı aradan qaldırmaq lazımdır.

Tərləmənin müsbət tərəfi də var. Tər vasitəsilə həm toksinlər bədəndən xaric olunur (dəri böyrəklər kimi həm də ifrazat orqanıdır), həm də tərin tərkibində azot oksidi mövcuddur ki, bu da bakteriosid və virus əleyhinə təsirə malikdir, xəstəni əlavə infeksiyalardan qoruyur”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ