Yayda vaksin vurduranlar MÜTLƏQ OXUYUN
Tarix: 2-08-2021, 09:52
Baxılıb: 4 134
Google+ Paylaş
Tumblr Paylaş

Yayda vaksin vurduranlar MÜTLƏQ OXUYUN

2-08-2021, 09:52

Yay aylarında koronavirus əleyhinə peyvənd olunmuş insanlara günəş vannası və uzun müddət günəş altında qalmaq məsləhət görülmür.

Bu barədə həkim-pulmonoloq Sergey Puryasev danışıb. O bildirib ki, günəşlənmək allergik reaksiyaya səbəb ola bilər.

“Ultrabənövşəyi radiasiya yanıqlara gətirib çıxarır və nəticədə bütün dəri səthində iltihab böyük miqdarda histamin sərbəstliyinə səbəb olur. Bu, allergik reaksiyaya səbəb olan çox güclü amildir. Vəziyyəti ağırlaşdırmamaq və vaksin reaksiyasının yaxşı keçməsi üçün vaksinasiya fonunda allergik proseslər arzuolunmazdır”, - həkim “Sputnik” radiosuna verdiyi müsahibədə izah edib.

Puryasevin sözlərinə görə, peyvəndin həm birinci, həm də ikinci dozasından sonra günəş işığından çəkinmək lazımdır: “İlk dozadan üç həftə, ikincidən iki həftə sonra, yəni ümumilikdə təxminən bir ay sonra günəşlənmək daha yaxşıdır. Daha dəqiq desək, antikorlar yaranandan sonra. Vaksinasiya olunanlar xüsusilə günorta günəş altında az gəzməlidirlər”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ