Yüksək təzyiqi dərmansız necə müalicə etmək olar?
Tarix: 10-06-2021, 08:33
Baxılıb: 2 534
Google+ Paylaş
Tumblr Paylaş

Yüksək təzyiqi dərmansız necə müalicə etmək olar?

10-06-2021, 08:33

Hipertoniya dünyada ən çox yayılmış xəstəliklər sırasındadır. Əvvəllər yaşlı insanlarda daha çox müşahidə edilsə də, aparılan araşdırmalar göstərib ki, xəstəlik xeyli cavanlaşıb.
Hipertoniyanı ilk mərhələlərində çox asan, dərmansız müalicə etmək isə mümkündür. Bunun üçün sadəcə bəzi qaydalara riayət etmək lazımdır.
Avromedia.az sözügedən metodları təqdim edir:
- Orqanizmə duzun daxil olmasını azaldın. Çünki tərkibində olan natrium orqanizmdə mayeni saxlayır və bununla da qan təzyiqinin yüksəlməsinə səbəb olur.
- Artıq çəkidən azad olun. Xəstəliyin ilk səbəblərindən biri artıq çəkidir. Bir çox hallarda yalnız bədən çəkisini azaltmaqla təzyiqi normallaşdırmaq mümkündür.
- Daim aktiv olun. Fiziki hərəkətlər qan dövranını stabil saxlamağa kömək edir.
- Spirtli içkilər, siqaret, qəhvə və tünd qara çaydan imtina edin. Çay və qəhvənin əvəzinə itburnu dəmləməsi, ot çayları (qara qarağat, albalı, moruq yarpaqlarından və s.) için.
- Qidalanmanızda daim kalium, kalsium və maqneziumla zəngin olan məhsullar olmalıdır. Bu minerallar təzyiqi tənzimləməyə kömək edir.
Kaliumla zəngin olan məhsullar: ərik və ərik qurusu, kartof, gül kələmi, balqabaq, banan və s.
Kalsium: süd və süd məhsulları.
Maqnezium: qoz, buğda kəpəyi, yarmalar (qarabaşaq, yulaf , arpa), kartof və s.
- Stressdən qaçın.Medicina.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ