Vaksin vurduran xanımlar hamilə qala bilər?- AÇIQLAMA
Tarix: 3-06-2021, 11:42
Baxılıb: 5 071
Google+ Paylaş
Tumblr Paylaş

Vaksin vurduran xanımlar hamilə qala bilər?- AÇIQLAMA

3-06-2021, 11:42

Dünyada vaksinasiya prosesi getdiyi kimi ölkəmizdə də peyvəndlənmə həyata keçirilir. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 367 min 094-ə bərabərdir.

Vaksinasiya prosesi ilə bağlı bəzi iddialar geniş müzakirələrə səbəb olub.

Bunların arasında vaksin vurduran şəxslərin 6 ay müddətində ailə planlaşdırmasına yol verməməsi ilə bağlı tövsiyyələr də var. Bu tövsiyyələr həm qonşu ölkələr, həm də dünya mediasında yayımlanıb və müzakirələrə səbəb olub. İddiaların nə qədər həqiqəti əks etdirməsini dəqiqləşdirmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərdik.

Qurumun mətbuat xidmətindən daxil olan məlumatda qeyd edilib ki, Azərbaycanda "Covid 19" əleyhinə istifadə olunan vaksinlərin istifadə qaydalarında (istehsalçı şirkət tərəfindən verilən istifadə qaydaları) hamiləliyin planlaşdırılması haqqında və ya vaksin vurdurduqdan sonrakı müddətdə hamiləliyin planlaşdırılması barədə hər hansı məlumat əksini tapmayıb. Lakin hamiləliyi planlaşdıran şəxs vaksin vurdurmamışdan öncə ginekoloq məsləhəti almalıdır. Baku.ws

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ