İmtahanlarda COVID-19 pasportu tələb olunacaq? - RƏSMİ
Tarix: 26-05-2021, 12:36
Baxılıb: 3 543
Google+ Paylaş
Tumblr Paylaş

İmtahanlarda COVID-19 pasportu tələb olunacaq? - RƏSMİ

26-05-2021, 12:36

“İmtahanda iştirak edən şagirdlərin COVID pasportuna ehtiyac yoxdur. Çünki imtahan verənlərin yaşı 18-dən aşağı olanlardır, onlar isə hələ peyvənd olunmayıblar”.
Avromedia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
O qeyd edib ki, imtahana dəvət edilən şəxslərdən bu sənəd tələb ediləcək.
Abituriyentlərə isə bildirmişik ki, ailələrində koronavirusa yoluxan şəxslər varsa, imtahanda iştirak edə bilməyəcəklər:
“Bizim öz işçilərimizin hamısı peyvənd olunub. Əməkdaşlar sırasında 68 nəfər virusa yoluxaraq sağalıb, 1 nəfər isə vəfat edib”.
***
DİM-dən “qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, abituriyentlərdən yalnız sağlamlıq haqqında bəyyannaməni doldurmaq tələb olunur. Yaşı 18-dən yuxarı olsa belə, abituriyentlərdən COVID pasportu tələb olunmur.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ