Yetərincə hərəkət etmədiyinizi göstərən ƏLAMƏTLƏR
Tarix: 3-05-2021, 22:34
Baxılıb: 1 146
Google+ Paylaş
Tumblr Paylaş

Yetərincə hərəkət etmədiyinizi göstərən ƏLAMƏTLƏR

3-05-2021, 22:34

Zaman keçdikcə masa başında daha çox işləyir, daha çox film izləyir və daha çox otururuq. Pandemiyada evdə qaldığımız müddətdə də idmanımızı ertələdik. 
Bunun nəticəsində ya çəki aldıq, ya da sağlamlıqla bağlı problemlər yaşadıq.
Avromedia.az yetərincə hərəkət etmədiyimizi göstərən əlamətləri təqdim edir:
Qəbzlik
Mütəmadi bağırsaq hərəkətləri üçün idman önəmlidir. Zamanınızın çox hissəsini oturaraq keçirdikdə qidaların qalın bağırsağınızdan keçməsi daha çox zaman alacaq. Hərəkətdə olmaq həzm sistemi üçün də faydalıdır. Gündə bir neçə dəfə etdiyiniz 5 dəqiqəlik hərəkət belə qəbzliyə faydalı olacaq.
Unutqanlık
Tez-tez bir fikirlərinizin ağlınızdan getdiyinin fərqindəsinizsə, biraz hərəkət etməyi düşünə bilərsiniz.
Diz ağrıları
Hərəkət sümüklərin açılmasının əsas sirridir. İdman artrit və osteoartroz simptomlarını yüngülləşdirir. Xroniki diz ağrıları olanların idman proqramına girmələri məsləhət edilir. Mütəmadi idmanla məşğul olaraq əzələlərinizi gücləndirə bilərsiniz.
Şirin yemə istəyi
Fiziki aktivlik şəkər istəyi ilə mütəmadi mübarizə aparar. Enerjinizi artırar və xoşbəxt hiss etməyinizə səbəb olar.
Xoşbəxtlik hormonları da şəkər istəyini önəmli ölçüdə azaldır. Gün ərzində yetərincə hərəkət etmək depressiyadan uzaq saxlayar. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ