Koronavirusu beş dəqiqədə aşkar edən test üsulu tapıldı
Tarix: 21-04-2021, 09:44
Baxılıb: 3 231
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirusu beş dəqiqədə aşkar edən test üsulu tapıldı

21-04-2021, 09:44

Yaponiyalı tədqiqatçılar 5 dəqiqədə koronavirusu aşkar edə biləcək test üsulu hazırlayıblar.
NHK məlumat verir ki, yeni metodun müəllifləri ölkənin RIKEN Tədqiqat İnstitutu və Tokyo Universitetinin tədqiqatçılarıdır.
Belə ki, testin bir hissəsi olaraq götürülmüş nümunələr hər kvadrat santimetrə bir milyon girintisi olan şüşə lövhəyə qoyulur.
Mikroskopik formalaşdırma texnologiyası ilə yaradılan şüşə lövhənin çuxurları hər birində ayırıcıları olan mikro test otaqları kimi xidmət edir.
Üzərinə qoyulmuş nümunənin COVID-19-a aid ribonuklein turşu (RNT) daşıdığı təsbit edilərsə, həmin test otağından işıq yayılır.
Ənənəvi metodlardan fərqli olaraq, yeni metoddakı mikro kameralar vasitəsilə 5 dəqiqə ərzində az miqdarda virus aşkar edilə bilər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ